• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Ukraynanın tezliklə NATO-ya üzv olması mümkün olmayacaq"

CƏMİYYƏT

01 Oktyabr 2022 | 09:23

"Ukraynanın tezliklə NATO-ya üzv olması mümkün olmayacaq"

“NATO-nun genişləməsi ilə bağlı Azərbaycandakı bəzi ekspertlərin, alimlərin, fəalların önəmli qisminin illərdir təkrarladıqları bir arqument var: "Filan dövlət NATO-ya üzv ola bilməz. Çünki NATO-nun nizamnaməsinə (çox güman ki, Şimali Atlantika Müqaviləsini - Vaşinqton müqaviləsini nəzərdə tuturlar-A.A.) görə ərazi bütövlüyü problemi olan dövləti NATO-ya almırlar””.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Araz Aslanlı bildirib.

Ekspert qeyd edib ki, Bunu Azərbaycanın NATO üzvlüyü ilə bağlı müzakirələrdə də deyirlər:

“Gürcüstan və Ukraynanın istəklərinə NATO-nun müsbət cavab verməməsinin əsası kimi də qeyd edirlər. Birbaşa NATO üzrə mütəxəssis deyiləm. Amma magistratura və doktorantura təhsilim zamanı bu sahə üzrə kifayət qədər nüfuzlu mütəxəssislərdən dərs almışam, Şimali Atlantika Müqaviləsinin mətnini, əlavə olaraq NATO-nun quruluşu, strategiyaları və genişləməsi bağlı çoxlu məqalələr oxumuşam. Belə bir məcburi qaydaya rast gəlməmişəm. NATO-nun genişləmə prosesində ABŞ və müttəfiqlərinin strategiyalarının (birgə və ayrı-ayrılıqda), konyekturanın önəmli olduğunu bilirəm. Amma birbaşa ərazi bütövlüyü məsələsini kim hansı əsasla şərt kimi irəli sürürsə, mənbəyini bildirsə yaxşı olar”. 

A.Aslanlı güman edir ki, ərazi bütövlüyü problemi yaşayan ya da müharibə aparan bir dövləti üzv almamaq bu problemin birbaşa tərəfi olmamaq arzusundan (strategiyasından) qaynaqlanır:

“Amma bunun mütləq hüquqi əsasına rast gəlməmişəm. Bilən dəyərli mütəxəssislərimiz yazsalar, biz də öyrənmiş olarıq.

Bu arada Ukraynanın üzv olma ehtimalı çox zəifdir. Türkiyə və bəzi digər üzvlər isti baxmayacaq. Bunu cəbhələşmənin artması və "sülhə mane olan proses" kimi dəyərləndirəcəklər.

Hələ İsveç və Finlandiya da prosesi yekunlaşdıra bilməyib”.


Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026