• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

BƏƏ Qəzzaya humanitar yardım göndərdi

DÜNYA

09 Noyabr 2023 | 17:34

BƏƏ Qəzzaya humanitar yardım göndərdi

Birləşmir Ərəb Əmirlikləri (BƏƏ) Qəzza zolağına 25 ton humanitar yardım göndərib.

Bakıvaxtı.az bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, 25 ton ərzaq, tibbi və müxtəlif yardım materialları daşıyan təyyarə BƏƏ-dən Misirin Ariş şəhərinə yola düşüb.

Yardım Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının koordinasiyası çərçivəsində “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağına çatdırılacaq.

Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib və qələbə qazanacaqlarını söyləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026