• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bərdədə pandemiya tələblərini pozan iki restoran sahibi CƏZALANDIRILDI

CƏMİYYƏT

22 Iyul 2021 | 12:09

Bərdədə pandemiya tələblərini pozan iki restoran sahibi CƏZALANDIRILDI

Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən iki şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Soyuq Bulaq” şadlıq sarayında keçirilən toy mərasiminin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçirilmədiyi, “Sultan” şadlıq sarayında isə
COVID-19 pasportu olmayan şəxslərin məclisdə iştirakına şərait yaradıldığı aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026