• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Beyrutda partlayış: İran səfiri yaralandı - VİDEO

DÜNYA

17 Sentyabr 2024 | 18:41 | Müəllif: Subhan Mahmudov

Beyrutda partlayış: İran səfiri yaralandı - VİDEO

Beyrutun cənubunda peycerlərin partlaması nəticəsində onlarla insan yaralanıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, partlayış zamanı İran səfiri Müctəba Əmani də yaralanıb.

Peycerlərdən "Hizbullah" hərəkatının üzvləri tərəfindən hakerlik və dinləmələrə ən az həssas olan rabitə sistemi kimi geniş istifadə olunur.

"Hizbullah" döyüşçülərinin rabitə cihazları təkcə Livanın paytaxtının cənubundakı Dahiya bölgəsində deyil, ölkənin digər bölgələrində də partladılıb. İddialara görə, rabitə cihazları İsrail kəşfiyyat xidmətləri tərəfindən sıradan çıxarılıb. 

Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026