ABŞ Prezidenti Co Bayden ümid edir ki, ölkədə həyat pandemiyanın sona çatması ilə təxminən bir il içində əvvəlki məcrasına qayıdacaq.
Bakıvaxtı.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti" məlumat yayıb.
"Bu suala cavab verməməyim barədə xəbərdarlıq edildi, çünki dəqiq bilmirik. Amma ümid edirəm ki, gələn il bu vaxta qədər normal həyata qayıdacağıq, bəlkə də daha tez”, - deyə ABŞ lideri jurnalistlərin müvafiq sualına cavabında bildirib.
















