Trampın Ukraynada sülhə nail olmaq üçün Rusiyaya qarşı sanksiyaları ləğv etməsi gözləniləndir.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, sanksiyaların yumşaldılması Vaşinqtonun Moskva ilə Ukrayna ilə bağlı danışıqlarında sövdələşmə aləti kimi istifadə olunur.
Bundan əlavə, ABŞ-nin kommersiya maraqları da mühüm rol oynayır. Çünki prezident Donald Tramp iqtisadi perspektivləri Rusiya ilə ABŞ arasında münasibətlərin yenidən qurulmasında görür.
Amerikalı iqtisadçı Ceffri Saks bildirib ki, Rusiya ilə ABŞ arasında danışıqlar prosesi Amerikanın Rusiyaya qarşı sanksiyalarının ləğvinə doğru gedir.
Gülşən Şərif