Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyəti yoxlamalar aparmaq üçün Azərbaycanın Qarabağ bölgəsinə gedib.
BMT missiyasının bu səfəri təxminən 30 illik fasilədən sonra regiona ilk səfəridir.
BMT-in missiyasının məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.
Bu arada isə rəsmi Yerevan Qarabağdan artıq 100 min nəfərin Ermənistana keçdiyini bildirib. Ermənistan "etnik ermənilərin Bakı tərəfindən hədəf alınması" iddiası ilə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdiyini qeyd edib.
“BMT-nin missiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhlükə olmadığının şahidi olacaq və bir müddətdən sonra Azərbaycanı tərk edəcəklər”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı, Qoşulmama Hərəkatı Parlament şəbəkəsinin üzvü Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycan bölgədə sülhün olmasını istəyir və bu istiqamətdə səylərini davam etdirəcək.
“Ermənistanın Azərbaycan qarşı ittihamlarını araşdırmaq üçün BMT-nin missiyası Qarabağö gəlib. Təəssüf olsun ki, biz Ermənistanın bundan öncə də təxribatı ilə qarşılaşmışıq. Bu gün də Ermənistan dövlətinin təxribatları davam edir. Onu da bildirim ki, Ermənistanın təxribatlarına alət olan dövlətlər də məsuliyyət daşıyırlar.
Ümid edir ki, Qarabağa gələn BMT-nin missiyasından sonra Azərbaycana qarşı ədalətsizliyə son qoyulacaq. Uzun illərdir Azərbaycana qarşı ikili standartlardan əziyyət çəkir. 30 il ərzinə işağala və təcavüzə məruz qaldıq. Amma bizə verilən dəstək Ermınistana indi veriləndən dəstəkdən qat-qat az idi”, -deyə C.Məmmədov bildirib.
Ramid İbrahimov
















