• Bakı 15° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Britaniyadan Ukraynaya rekord həcmdə DƏSTƏK

DÜNYA

23 Aprel 2024 | 09:44

Britaniyadan Ukraynaya rekord həcmdə DƏSTƏK

Böyük Britaniya Ukraynaya krallıq tarixinin ən nəhəng yardım paketini göndərəcək.

Bakıvaxtı.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bu gün Polşaya səfər edəcək Baş nazir Rişi Sunakın bu barədə açıqlama verəcəyi gözlənilir.

    Varşavada Donald Tusk və NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşən hökumət rəhbəri daha sonra Berlinə gedərək, kansler Olaf Şoltsla müzakirə aparacaq.

    Qeyd edək ki, 500 milyon funt-sterlinq, yəni təqribən 618 milyon ABŞ dolları məbləğində əlavə dəstək paketi ilə birlikdə krallığın bu il adı çəkilən ölkəyə göstərdiyi yardımın məbləği 3 milyard dollara çatacaq.


    SON XƏBƏRLƏR