• Bakı 20° C

    7.78 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Bu gün Qəbələdə TDT-nin XİN nazirləri Şurasının toplantısı keçiriləcək

SİYASƏT

06 Oktyabr 2025 | 12:44

Bu gün Qəbələdə TDT-nin XİN nazirləri Şurasının toplantısı keçiriləcək

Bu gün Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 6-7-də baş tutacaq TDT-nin XII Zirvə Görüşü "Regional sülh və təhlükəsizlik" mövzusuna həsr olunub.

Bu Zirvə görüşü Türk dünyasının gələcək ortaq strateji hədəflərini və birgə fəaliyyət mexanizmlərini müəyyən edəcək.

Zirvə çərçivəsində TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları sonuncu görüşdən bəri həyata keçirilmiş işləri dəyərləndirəcək, əldə olunmuş nailiyyətləri müzakirə edəcək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcəklər.

Görüş zamanı qəbul olunacaq sənədlər, o cümlədən XII Zirvə görüşünün Bəyannaməsi təşkilatın siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirəcək.

Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək.


SON XƏBƏRLƏR

05 Oktyabr 2025