Böyük Britaniyada dəmiryolu işçiləri maaş artımı ilə bağlı davam edən mübahisələrə görə noyabr ayında yenidən tətil edəcəklər.
Bakıvaxtı.az xəbər verir ki, Dəmiryolu və Nəqliyyat Həmkarlar İttifaqı noyabrın 3, 5 və 7-də yenidən tətil edəcəklərini bildiriblər.
Dəmiryolçular maaşların inflyasiyaya uyğun artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Birlik və dəmiryol operatoru “Network Rail” arasında maaş artımı ilə bağlı danışıqlar bir neçə aydır ki, davam edir (azərtac). Lakin hələ də ortaq məxrəcə gəlinməyib.
Qeyd edək ki, dəmiryolu işçiləri ən son oktyabr ayının 1, 5 və 8-də tətil ediblər və bu tətillərə 50 min işçi qatılıb.
















