• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bu şəxslər beynəlxalq axtarışa verilib

SİYASƏT

06 Oktyabr 2022 | 11:42 | Müəllif: Qalib İbrahimoğlu

Bu şəxslər beynəlxalq axtarışa verilib

Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bugünədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinq keçirilir.

Bakıvaxtı.az-ın məlumatına görə, brifinqində Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov bildirib ki, 1988-ci ilin fevral ayından etibarən Ermənistan SSR-nin Azərbaycan SSR-yə, 1991-ci ildə müstəqilliyin bərpasından sonra isə Ermənistan Respublikasının Azərbaycan Respublikasına ərazi iddiaları və hərbi müdaxiləsi nəticəsində son 34 il ərzində Azərbaycan dövlətinə, xalqına və vətəndaşlarına qarşı çoxsaylı sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilib.

“Bu cinayətlərin hər biri prokurorluq orqanları tərəfindən araşdırılıb, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, sübutlar toplanılıb, cinayət törətmiş şəxslərin bir qismi müəyyən edilməklə məhkəmə məsuliyyətinə verilib, barələrində ədalətli məhkəmə hökmləri çıxarılıb. Eyni zamanda cinayət törətmiş bir sıra şəxslər barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında qərarlar qəbul edilməklə onların beynəlxalq axtarışa verilməsi təmin edilib, həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində ardıcıl işlərin görülməsi davam etdirilir”, - deyə İ.Səfərov bildirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR