• Bakı 26° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bu universitetdə yeni dekanlar seçildi

CƏMİYYƏT

15 Fevral 2022 | 17:08 | Müəllif: Qalib İbrahimoğlu

Bu universitetdə yeni dekanlar seçildi

Bakı Dövlət Universitetinin (BDU) 12 fakültəsində səlahiyyət müddəti bitmiş dekan vəzifələrinə seçkilər başa çatıb.

Bu barədə Bakıvaxtı.az-a Universitetdən bildirilib.

Məlumata görə, seçkilər Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na uyğun olaraq səsvermə yolu ilə keçirilib.

Yeni seçilmiş dekanları təqdim edirik:

Mamoy Mansurov - Geologiya fakültəsi,

Ələmdar Bayramov - Kitabxanaçılıq-informasiya fakültəsi,

Rövşən Cavadov - Sosial elmlər və psixologiya fakültəsi,

Afət Məmmədova - Biologiya fakültəsi,

Ziyatxan Əliyev - Mexanika-riyaziyyat fakültəsi,

İbrahim Zeynalov - Tarix fakültəsi,

Bəxtiyar Paşayev - Fizika fakültəsi,

Elçin Məmmədov - Filologiya fakültəsi,

Aydan Xəndan – Şərqşünaslıq fakültəsi,

Laçın Abışlı - Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi,

Fuad Kərimov - Kimya fakültəsi,

Akif Ağbabalı - Ekologiya və torpaqşünaslıq fakültəsi.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026