• Bakı C

    5.46 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Ceyhun Bayramov Qazaxıstana təşəkkür etdi

SİYASƏT

11 Mart 2025 | 10:36

Ceyhun Bayramov Qazaxıstana təşəkkür etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasında dərhal sonra göstərilən operativliyə görə Qazaxıstana təşəkkür edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı Qazaxıstan xarici işlər naziri ilə birgə mətbuat konfransında danışıb.

"Sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından dərhal sonra aktarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsində yüksəl operativlik göstərdiyinə və bütün məsələlərdə yaxından dəstək verdiyinə görə Qazaxıstan tərəfinə və bütün qazax xalqına təşəkkür edirəm",-o bildirib.

XİN başçısı əlavə edib ki, Azərbayxan və qazax xalqları arasında tarixən mövcud olan qardaşlıq, birgə adət-ənənə, mədəniyyət və dil ortaqlığı, dövlət başçıları arasında qarşılıqlı hörmət və etimada əsaslanan açıq və səmini münasibətlər iki ölkə arasında əlaqələrin əsasını təşkil edir.


SON XƏBƏRLƏR

11 Mart 2025