• Bakı 28° C

    12.09 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

COP29-da növbəti səssiz AKSİYA

COP29

16 Noyabr 2024 | 15:22

COP29-da növbəti səssiz AKSİYA

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) altıncı günündə Bakıda ekofəalların səssiz aksiyası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, aksiya iştirakçıları öz mövqelərini sözsüz ifadə ediblər: onlar iqlim dəyişikliyi ilə mübarizə üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsini tələb edərək "Pay up" şüarı olan pankart açıblar.

Etirazçılar, həmçinin qalıq yanacaqların istifadəsinin azaldılmasının vacibliyi haqqında melodiya zümzümə ediblər.

Fəallar iqlim təşəbbüslərinin maliyyələşdirilməsinin vacibliyinə, xüsusilə də iqlim böhranının nəticələrindən ən çox əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin dəstəklənməsinə diqqət çəkməyə çalışıblar.

Onların çıxışı bütün dünyadan olan iştirakçıları birləşdirən qlobal iqlim ədaləti hərəkatının bir hissəsinə çevrilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyul 2026