• Bakı 12° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.7922

    RUB - 0.0172

COP29-dan verilən mesaj: Azərbaycan əleyhinə kampaniya aparanlar istəklərinə nail ola bilmədilər

COP29

15 Noyabr 2024 | 13:47

COP29-dan verilən mesaj: Azərbaycan əleyhinə kampaniya aparanlar istəklərinə nail ola bilmədilər

"Ermənistan dövlət olaraq, qlobal məsələlərlə bağlı möqveyi olmayan ölkə olduğunu bir daha nümayiş etdirir".

Bu sözləri Ermənistanın COP29-da iştirakdan imtina etməsini dəyərləndirən politoloq Tural İsmayılov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, COP29 Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Çünki COP29 BMT səviyyəsində qlobal iqlim məsələlərinin müzakirə olunduğu, ekoloji və iqlim problemləri ilə bağlı təkliflərin səsləndirildiyi bir paltformadır. Bu tədbir çərçivəsində dünyanın bir sıra ölkələrinin rəsmi nümayəndələrinin, siyasətçilərinin Azərbaycana gəlməsi ölkəmiz üçün əhəmiyyətlidir:

Müsahibimiz qeyd edib ki, Ermənistan dövlət olaraq, qlobal məsələlərlə bağlı möqveyi olmayan ölkə olduğunu bir daha nümayiş etdirir:

“Ermənistanın qlobal məsələlərdə hansısa formada iştirakı mövcud deyil. Azərbaycanın bu gün sülhlə bağlı təkliflərinə və COP29-a dəvət olunmasına baxmayaraq, Ermənistanın gəlməməsi növbəti dəfə bu ölkənin mahiyyətini ortaya qoymuş oldu. Bütün hallarda COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxış edən ölkə başçısı İlham Əliyev COP29 əleyhinə kampaniya aparan dövlətlərə açıq mesajını verdi. Prezident bildirdi ki, Azərbaycan və COP29 əleyhinə kampaniyalar aparan dairələr istəklərinə nail ola bilmədilər".

Tural İsmayılov: COP29 Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir

T.İsmayılov qeyd edib ki, bu gün ölkəmizdə COP29 tədbirində saysız qonaq iştirak edir. Ümumilikdə COP29-un ölkəmizdə keçirilməsi türk dünyası ilə yanaşı, bütövlükdə dünya üçün vacibliyini nümayiş etdirir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 Noyabr 2024