• Bakı 19° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Danışarkən yayılan virus - Növbəti pandemiya gözlənilir?

CƏMİYYƏT

22 Sentyabr 2022 | 10:31

Danışarkən yayılan virus - Növbəti pandemiya gözlənilir?

Xəbər verdiyimiz kimi, Volqoqradın sanitar həkimləri əhalini təhlükəli virusla bağlı xəbərdar ediblər. Əyalətin Rospotrebnadzoru enterovirusların yayıldığını bildirib.

Qeyd edək ki, bu virus qrip və soyuqdəymə əlamətləri altında maskalanaraq, orqanizmə daxil olur, xəstələri çaşdırır, sonradan ağır meningit və ensolefalitə səbəb olur. İnfeksiyanın oyadıcısı Koksaki A, Koksaki B, ECHO-dur. Bu viruslar soyuq havaya, donmaya davamlıdır. Otaq temperaturunda enteroviruslar 15 sutka yaşayır.

Yeganə yoluxma mənbəyi insanlardır. Xəstəlikin inkubasiya dövrü sakit keçir. Adətən sulardan, hovuzdan, süd, çirkli meyvə-tərəvəz, yuyulmamış əllərdən keçir. Eləcə də xəstə insan danışanda ağzından çıxan damcılarla qarşısındakına keçir. Yoluxandan 5 gun sonra yüksək hərarət, baş, əzələ ağrısı, ürəkbulanma, qusma, limfa düyünlərinin böyüməsi, ishal baş verir. Qızdırmalı xəstəlik 7 gün davam edir.

İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, bu viruslar daha öncədən də mövcud olub: “Vaxtaşırı olaraq insanlar arasında rast gəlinən xəstəliklərdir, buna görə də yeni sayılmır. Ola bilər ki, hazırda həmin ərazidə xəstəliyə yoluxma halları artıb, bu səbəbdən əhaliyə xəbərdarlıq edilir. Lakin bu o demək deyil ki, növbəti bir pandemiya gözlənilir”.

Onun sözlərinə görəz, burada endemik olaraq bir xəstəliyin ocağının alovlanmasından söhbət gedir. Belə hallarda, yerli tədbirlərlə yoluxmanın qarşısı alına bilir, yəni bu kifayət edir.

Aytac Aslan


SON XƏBƏRLƏR