• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

DİN sığınacaqda olan uşağın vəziyyəti ilə bağlı araşdırma apardı

CƏMİYYƏT

19 Dekabr 2022 | 12:35

DİN sığınacaqda olan uşağın vəziyyəti ilə bağlı araşdırma apardı

“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə sosial şəbəkədə “Sevgi” Uşaq Sığınacağında saxlanılan uşağın vəziyyətinin ağır olması ilə bağlı məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, Kəmalə Ağazadə həmin uşaq sığınacağının qapadılması barədə qərar verildiyini, hələ də istintaq getdiyini qeyd edib. Onun sözlərinə görə, dəfələrlə ona uşağın döyüldüyü barədə məlumat verilib.

DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev  bildirib ki, həmin məsələ ilə bağlı polis və prokurorluq orqanlarında araşdırılma aparılıb:

“Aparılmış araşdırma ilə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda həmin material məhkəmə icraatındadır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR