Ölkəmizdə və digər ölkələrdə dolların bahalaşdığı, avronun ucuzlaşdığı müşahidə olunur.
Bəs, bunun Azərbaycan iqtisadiyyatına hansı təsirləri var? Avronun əvvəlki mövqeyinə qayıtması-bahalaşması gözlənilirmi?
Məsələ ilə bağlı iqtisadçı-alim Elşən Bağırzadə Bakıvaxtı.az-a bildirib ki, əgər dünya iqtisadiyyatında resessiya ilə bağlı gözləntilər bu şəkildə davam etsə, Avronun daha da ucuzlaşacağını proqnozlaşdırmaq olar.
“Hazırda dünya iqtisadiyyayında ən güvənli liman kimi ABŞ və dollat çıxış edir. Azərbaycanın əsas ixrac gəlirləri dollarladır, ona görə avronun ucuzlaşmasının o qədər də Azərbaycana mənfi təsiri yoxdur. Avronun ucuzlaşması Avrozonadan Azərbaycana idxal edilən məhsulların qiymətlərini müəyyən qədər ucuzlaşdıra bilər.
Neft fondunun və Mərkəzi Bankın avro ilə olan ehtiyatları müəyyən qədər dəyərini itirir. Ancaq bu hissə o qədər də çox deyil. Əsas məsələ, əsas risq resessiya risqinin neftin dünya bazar qiymətlərini kəski aşağı salması ilə bağlı ola bilər. 2014-cü ildəki vəziyyətə düşməmək üçün bu ssenariyə indidən hazır olmaq lazımdır”, - deyə iqtisadçı-alim bildirib.
Ramid İbrahimov
















