• Bakı 14° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Dövlətimiz müstəqil medianın azad  fəaliyyəti və inkişafı üçün də zəruri tədbirlər görüb

MEDİA

02 May 2025 | 11:10

Dövlətimiz müstəqil medianın azad  fəaliyyəti və inkişafı üçün də zəruri tədbirlər görüb

“Azərbaycan dövləti öz fəaliyyətində demokratiya və aşkarlığın mühüm təminat vasitəsi olan müstəqil medianın qurulması, azad  fəaliyyəti və inkişafı üçün də zəruri tədbirlər görüb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  təşkil edilən “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasında yüzlərlə qazet və jurnal, onlarla radio və televiziya  şirkəti, çoxsaylı informasiya agentlikləri və digər media subyektləri sərbəst surətdə fəaliyyət göstərir və onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə duran siyasi və ictimai təşkilatlara məxsusdur. 

“İctimai rəyin formalaşdırılmasında mühüm təsir imkanlarına malik “dördüncü hakimiyyət” hesab olunan media subyektləri, ictimai nəzarəti həyata keçirməklə yanaşı, konstitusion dəyərlərin təbliği, cəmiyyətin maarifləndirilməsi, hüquqi savadlılığın artırılması, habelə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm vəzifələr daşıyırlar”.

Onu da vurğulayıb ki, bu vəzifələrin icrası isə öz növbəsində söz və mətbuat azadlığından dövlətçiliyin, habelə vətəndaşlarımızın mənafeyi naminə düzgün, səmərəli istifadəsini, o cümlədən qanunvericiliyin tələblərinə, milli mənəviyyatımıza uyğun hüquqi və etik normaların gözlənməsini tələb edir.

Mina Mikayılova


SON XƏBƏRLƏR