• Bakı 18° C

    6.16 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

DTX-nin saxladığı Saleh Səmədovun həbs müddəti UZADILDI

CƏMİYYƏT

06 Oktyabr 2025 | 18:57

DTX-nin saxladığı Saleh Səmədovun həbs müddəti UZADILDI

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

    Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

    Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ittiham olunur.

    Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

    O, həmçinin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, Saleh Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. O, Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən də çıxarılıb.


    SON XƏBƏRLƏR