• Bakı 21° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Dünyada hər 5 körpədən 3-ü ana südü ilə qidalanmır

CƏMİYYƏT

09 Dekabr 2024 | 17:50

Dünyada hər 5 körpədən 3-ü ana südü ilə qidalanmır

Hazırda dünyada hər 5 körpədən 3-ü həyatının ilk saatı ərzində ana südü ilə qidalanmır ki, bu da ölüm və xəstəlik riskini artırır.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilib.

“Doğuşdan bir neçə saat sonra da əmizdirmənin gecikdirilməsi körpənin həyatını təhlükəyə ata bilər”, - ÜST-ün məlumatında qeyd edilib.

Ana südü ilə qidalanma həm də ananın süd istehsalını, o cümlədən körpənin ilk və ən vacib “peyvəndi” sayılan, qida maddələri və antikorlarla son dərəcə zəngin olan kolostrumun istehsalını təşviq edir.

Həkimlərin fikrincə, düzgün vaxtda əmizdirməyə başlamaq çox vacibdir və bəzi ölkələrdə bu, hətta ölüm-dirim məsələsi ola bilər.


SON XƏBƏRLƏR

08 Iyun 2025
07 Iyun 2025