• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Dünyada koronavirusa yoluxanların sayı 141,7 milyonu ötüb

DÜNYA

24 Aprel 2021 | 00:07

Dünyada koronavirusa yoluxanların sayı 141,7 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 894 mindən çox artıb.

Bakıvaxtı.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 894 043 nəfər yeni koronavirusa yoluxub, 14 151 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 144 358 956, ölənlərin isə 3 066 113 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 31 530 214 nəfər. Siyahıda daha sonra Hindistan (16 263 695), Braziliya (14 122 795), Fransa (5 325 495), Rusiya (4 744 961), Böyük Britaniya (4 398 435), İtaliya (3 920 945), İspaniya (3 456 886), Almaniya (3 245 253), Argentina (2 769 552) və Polşa (2 742 122) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR