• Bakı 23° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

“Duty Free”dən oğurluq edib Bakıya qaçmaq istədilər - Təyyarədə tutuldular

DÜNYA

08 Sentyabr 2025 | 20:06

“Duty Free”dən oğurluq edib Bakıya qaçmaq istədilər - Təyyarədə tutuldular

İstanbulun Sabiha Gökçen Hava Limanında “Duty Free”dən oğurluq edən şəxslər təyyarədə saxlanılıb.

Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sərnişinlər oğurluq etdikdən sonra “AJet” reysi ilə Bakıya uçmaq üçün təyyarəyə miniblər.

Mağaza işçilərinin sayıqlığı sayəsində qısa müddətdə polis və təyyarə ekipajına məlumat verilib.

Aparılan axtarış zamanı oğurlanmış əşyalar həmin şəxslərin üzərindən tapılıb.

Qeyd edək ki, həmin sərnişinlərin milliyyəti açıqlanmayıb.

İnsidentlə əlaqədar uçuş reysində qısa gecikmə olub.


SON XƏBƏRLƏR

08 Sentyabr 2025