• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Əfqanıstan səfirləri Talibanın bayrağını qəbul etmədi

SİYASƏT

20 Avqust 2021 | 12:56

Əfqanıstan səfirləri Talibanın bayrağını qəbul etmədi

Mərkəzi Asiya ölkələrindəki Əfqanıstanın bütün diplomatik qurumları - Tacikistan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Qazaxıstan Talibanın yeni bayrağını qəbul etməyib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Daşkənddəki səfirlik rəsmiləri agentliklə söhbətində diplomatların Talibanla əlaqə saxlamadıqlarını və hər zamankı kimi işlərinə davam etdiklərini bildiriblər. Öz növbəsində respublikanın Tacikistandakı səfiri Məhəmməd Zohir Ağba bildirib ki, diplomatik nümayəndəlik Əfqanıstan rəhbəri kimi vitse-prezidenti Əmrullah Salehini tanıyır: "Ölkə konstitusiyasına uyğun olaraq, prezidentin olmaması, qaçması və ya ölümü halında, birinci müavin vəzifələrini yerinə yetirəcək, buna görə də indi Əmrullah Saleh dövlət başçısıdır."

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR