• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Əfqanıstanda universitetlər qız tələbələr olmadan təhsilə başlayırlar

DÜNYA

08 Mart 2023 | 11:59

Əfqanıstanda universitetlər qız tələbələr olmadan təhsilə başlayırlar

Əfqanıstanda universitetlər qış tətilindən sonra qız tələbələrin iştirakına icazə verilmədən yenidən açılıb. Dekabr ayında Əfqanıstanda Taliban Ali Təhsil Naziri yazılı açıqlama ilə qadınların universitetə ​​getməsini qadağan etmişdi.

Bakıvaxtı.az xəbər verir ki, beləliklə, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikləri 2021-ci ildə qadınların təhsil almasına icazə verən siyasətini ləğv etmişdi. 

Bu müddət ərzində qadınlar müxtəlif digər oxşar məhdudiyyətlərlə üzləşdilər.

Bir çox orta məktəblər qapılarını qız tələbələrin üzünə bağladı. Taliban rəsmiləri bu müdaxilələrin müvəqqəti olduğunu deyirlər. Səlahiyyətlilər geyim qaydalarının pozulması, büdcə çatışmazlığı və kurrikulumun yenidən formalaşdırılması zərurəti də daxil olmaqla müxtəlif səbəblər göstərir.

Bildirilir ki, universitetlərin əksəriyyəti artıq qadın və kişilərin ayrılması kimi tədbirlər görüb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026