• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Əl-Nəsr” klubu dağılır - "Ronaldo layihəsi" çökdü

İDMAN

23 Avqust 2024 | 15:05

“Əl-Nəsr” klubu dağılır - "Ronaldo layihəsi" çökdü

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında böhran yaşanır.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb Səudiyyə İnvestisiya Fondunun kluba maliyyə ayırmasını dayandırımasıdır. “Essential Sports”un iddiasına görə, klubun prezidenti İbrahim bin Abdulla Əl-Muhaidib klubu tərk edəndən sonra idarə heyətinin üzvü Kafari Əl-Kafari istefa verib. İdarə Heyətinin bəzi üzvləri də artıq klubu tərk ediblər. Klub rəhbərliyinin yeni oyunçu və maliyyə almaq üçün yüksək səviyyəli rəhbərliklə görüşsə də, rədd cavabı alıb. Klubun ulduzu Kriştiano

Ronaldo da yüksək səviyyəli rəhbərliklə görüşməyə cəhd etsə də, razılıq verilməyib.

Ronaldonun ətrafında qurulan böyük layihəyə yeni oyunçuların cəlb edilməyəcəyi deyilir. Bəzi futbolçuların da klubdan ayrılmaq istədiyi deyilir. Klubdakı vəziyyət Ronaldonu da əsəbləşdirib.Metbuat.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026