• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Elçin Əmirbəyov: “Bakıya qarşı sanksiyaların tətbiqi ehtimalı ciddi qəbul edilməməlidir”

SİYASƏT

20 Sentyabr 2023 | 18:59 | Müəllif: Subhan Mahmudov

Elçin Əmirbəyov: “Bakıya qarşı sanksiyaların tətbiqi ehtimalı ciddi qəbul edilməməlidir”

"Bakıya qarşı mümkün sanksiyaların tətbiqi ilə bağlı məlumat ciddi qəbul edilməməlidir, çünki bu cəhdlər vəziyyəti pozmağa yönəlmiş açıq-aşkar təxribat xarakterli aktdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə Avropa Parlamentinin bununla bağlı çağırışlarına dair sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu, hazırkı vəziyyəti pozmağa yönəlmiş açıq-aşkar təxribat xarakterli hərəkətdir, bu gün razılaşma əldə olunub:

“Təəssüflər olsun ki, Avropa Parlamenti artıq bir müddətdir ki, öz fəaliyyətində çox dağıdıcı, birtərəfli, qərəzli, yanlış qiymətləndirmələrə davam edir. Hesab etmirəm ki, bu qurum Ermənistan və Azərbaycan arasında sülh prosesinə mümkün töhfəsi baxımından hər hansı etimadı qoruyub saxlayıb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026