Rok-n-roll əfsanəsi Elvis Preslinin yeganə övladı Liza Mari Presli vəfat edib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir kİ, Liza Mari Kaliforniyanın Kalabasas şəhərindəki evində ölü tapılıb.
Məlumata görə, Lisa Marie iki gün əvvəl xəstəxanaya yerləşdirilib. ABŞ mətbuatı 54 yaşlı Preslinin infarkt keçirdiyini qeyd edir.
Presli sonuncu dəfə çərşənbə axşamı Beverley Hillsdə "Qızıl Qlobus" mükafatının təqdim olunma mərasiminə qatılıb.
1968-ci ildə anadan olan Liza Mari atasının yolu ilə gedib və musiqi karyerasına başlayıb.
Çıxardığı üç albom arasında 2003-cü ildə işıq üzü görən ilk albomu yüz minlərlə tirajla satılıb və müsbət rəylər alıb.
Qeyd edək ki, Lisanın atası Elvis Presli 1977-ci ildə 42 yaşında ürək tutmasından vəfat edib.
Atası öləndə Liza Mari 9 yaşında olub.
Ay Tac


















