Əməkdar artist Zilli Namazov vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xalq artisti Kazım Abdullayev özünün "Facebook" səhifəsində yazıb.
"Biraz əvvəl ağır bir xəbər aldım! 50 illik dostum Azərbaycan Respublikasının əməkdar artisti ömrünü Azərbaycanfilm kinostudiyası və Speys telekanalına həsr etmiş gözəl insan və sənət fədaisi olan Zilli Namazov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib!
Ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - deyə K.Abdullayev bildirib.
Aytac Aslan

















