• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Əməkdar artist yenidən əməliyyat olunacaq

MƏDƏNİYYƏT

15 Fevral 2022 | 20:36 | Müəllif: Subhan Mahmudov

Əməkdar artist yenidən əməliyyat olunacaq

Əməkdar artist Gülbahar Şükürlü növbəti dəfə gözündən əməliyyat olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə lent.az-a qarmon ifaçısının özü məlumat verib:

"Bir neçə gün öncə bir gözümdən əməliyyat olundum, yaxın günlərdə isə digər gözümdən əməliyyat olunacam. Əməliyyat xəbərimi eşidib, bir çox insanlar mənə görə narahat olub. Narahatlığa səbəb yoxdur". 

Qeyd edək ki, Əməkdar artist daha əvvəl Milli Onkologiya Mərkəzində əməliyyat olunmuşdu. Onun başında onkoloji şiş aşkarlanmışdı. Maddi durumu yaxşı olmayan sənətçi bir müddət öncə xəstəxanaya getməkdən və əməliyyatdan imtina etmişdi. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026