"Sionist rejim və onun havadarları 13 ay ərzində hər cür zülmə əl atdılar. lakin fələstinli qardaşlarımızı diz çökdürə bilmədilər".
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidenti bildirib ki, sionist rejim və onun havadarları 13 ay ərzində hər cür vəhşiliyə əl atıblar. Qəzza və Fələstində zülmlər baş verib və hələ də davam etməkdədir.
"Fələstində 2 milyon insanı dərmansız, yeməksiz qoyub onların ölümünü seyr etdilər. Son 13 ayda Qəzzada və Fələstin ərazilərində çoxlu əzab, qırğın və qətllər gördük. Fələstin xalqı 13 ayda 50 min şəhid verib. Demək olar ki, 13 ay ərzində yaşamadıqları heç bir ağrı, sıxıntı, sınaq və zülm yoxdur. Buna baxmayaraq, fələstinli qardaşlarımız öz ləyaqətlərindən güzəştə getmədilər".
Gülşən Şərif