Sabah Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti mitinq keçirəcək.
Bakıvaxtı.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə müxalifət partiyalarının birləşdiyi “Vətənin qurtuluşu hərəkatı"nın “Facebook” səhifəsində məlumat yayılıb.
“6 mart saat 15:00-da Baqramyan prospektində “Vətənin qurtuluşu hərəkatı”nin mitinqi olacaq”, - paylaşımda qeyd olunub.
















