• Bakı 24° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Trampdan tərəfdarlarına ÇAĞIRIŞ

DÜNYA

04 Aprel 2021 | 11:23

Trampdan tərəfdarlarına ÇAĞIRIŞ

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından olan tərəfdarlarını Corciya ştatındakı yeni seçki qanununa etiraz edən bir sıra iri şirkətləri boykota çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Foks Nyus telekanalı məlumat yayıb.

“Nəhayət, respublikaçılar və mühafizəkarlar üçün cavab zərbəsi endirməyin vaxtı gəldi. Bizim onlardan çox adamımız var. “Major League Baseball”, “Coca-Cola”, “Delta Airlines”, “JPMorgan Chase”, “ViacomCBS”, “Citigroup”, “Cisco”, UPS и “Merck”i boykot edin! Mövqelərini yumşaltmayana qədər onların məhsullarını istehlak etməyin!”, - Tramp bildirib.

Trampın çağırışından sonra Corciya ştatında bəzi respublikaçılar ofislərindən “Coca-Cola” məhsullarını yığışdırmağa başlayıb.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR