• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Əsəbiləşib bayrağımızı qoparıb atdı - ANBAAN VİDEO - YENİLƏNİB

HADİSƏ

30 Sentyabr 2022 | 13:11

Əsəbiləşib bayrağımızı qoparıb atdı - ANBAAN VİDEO - YENİLƏNİB

Bərdə rayon İcra Hakimiyyəti icra başçısı aparatının işçisi barədə sosial şəbəkələrdə yayılmış videogörüntüyə münasibət bildirib.

Bərdə İH-dən Bakıvaxtı.az-a verilən məlumata görə, İcra Hakimiyyəti Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun sosial şəbəkələrdə yayılmış qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir: “Hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb.

Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı”ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib”.
***

12:00

Bərdədə Azərbaycan bayrağı ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır.

Bu barədə  Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı deyib.

A.Qiyaslı bildirib ki, qeyd edilən videogörüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan bayrağına hörmətsizliklə bağlı videogörüntülər sosial şəbəkədə yayılıb. Hadisənin Bərdə şəhərində baş verdiyi bildirilir.

***

11:44

Sosial şəbəkələrdə Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.

Bakıvaxtı.az  xəbər verir ki, videoda kimliyi bəlli olmayan bir şəxsin qapı satışı ilə məşğul olan mağazaya daxil olaraq, mübahisə etdiyi görünür.

O, mübahisədən sonra obyektin önündə asılan Azərbaycan bayrağını qoparıb masanın üzərinə atır. Hadisənin Bərdə rayonunda olduğu ehtimal edilir.

Həmin görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR