• Bakı 9° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Felipe Melo "Qalatasaray"a qayıdır

İDMAN

22 Oktyabr 2021 | 14:25 | Müəllif: Subhan Mahmudov

Felipe Melo "Qalatasaray"a qayıdır

“Palmeyras”ın yarımmüdafiəçisi Felipe Melonun karyerasını yenidən Türkiyədə davam etdirməsi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, 38 yaşlı braziliyalı sabiq komandası “Qalatasaray”a qayıtmaq üzrədir.

Braziliya mətbuatı yanvarın 1-də azad agent statusu daşıyacaq Melonun qış fasiləsində “cim-bom”a dönəcəyini yazıb. Futbolçunun meneceri Leo Kornakinin İstanbula yollanaraq “Qalatasaray”ın bazasını gəzməsi və oradan şəkil paylaşması tərəflər arasında razılıq əldə olunmasına işarədir. Melonun hətta “sarı-qırmızılılar”da yenidən 10 nömrəli formanı geyinəcəyi vurğulanıb.

Qeyd edək ki, Felipe Melo 2011-2015-ci illərdə “Qalatasaray”ın şərəfini qoruyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR