• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Fərhad Əhmədovun Göyçaydakı obyektlərində axtarış aparılır

HADİSƏ

18 Noyabr 2022 | 16:51

Fərhad Əhmədovun Göyçaydakı obyektlərində axtarış aparılır

Bu dəqiqələrdə Göyçay rayonunda rusiyalı milyarder Fərhad Əhmədova məxsus obyektlərdə əməliyyat-axtarış tədbirləri aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.

Qeyd edək ki, F.Əhmədov Göyçaydakı “Aznar” şirə zavodunun sahibidir. O, 2022-ci il üçün Rusiyanın "Forbes" siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

Fərhad Əhmədov 2004-2010-cu illərdə Rusiya Federasiyası Şurasının üzvü olub. 2022-ci ilin aprelində Aİ və Böyük Britaniya ona qarşı sanksiyalar tətbiq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR