• Bakı C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

Fransadan Azərbaycana qarşı növbəti riyakarlıq:  Makron hakimiyyətindən başqa heç nə gözləməyə dəyməz

SİYASƏT

29 Noyabr 2024 | 10:27

Fransadan Azərbaycana qarşı növbəti riyakarlıq:  Makron hakimiyyətindən başqa heç nə gözləməyə dəyməz

Fransanın "Arte.TV" telekanalı Azərbaycan haqqında obyektivlikdən kənar, heç bir əxlaq normasına və insanlığa sığmayan, saxta, riyakar "sənədli film" çəkib.

Bakıvaxtı.az-ın məlumatına görə, “Ermənistan: Hadisələrin mərkəzində” adlı başdan-başa böhtan olan “sənədli film”in bir hissəsi 90-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı ermənilərin guya “deportasiya”sına həsr olunub.

Azərbaycanı şərləməyi hədəfləyən “sənədli film” istehsalçılarının “ermənilərin deport olunması” kimi təqdim etdikləri kadrlar isə Kəlbəcərin işğalı zamanı azərbaycanlıların öz yurd-yuvasından didərgin düşməsini əks etdirən görüntülərdir. Fransızlar azərbaycanlıların qovulması kadrlarını həyasız, əxlaqsızcasına “məzlum erməni qaçqınlar” kimi göstərib.

Deputat Azər Badamov Bakıvaxtı.az-a deyib ki, Fransanın "ArteTV" telekanalının Azərbaycanla bağlı yayımladığı "sənədli film" Makron hakimiyyətinin sifarişi ilə hazırlanıb.

Onun sözlərinə görə, Fransadan bu cür riyakarlıq və saxtakarlıqdan başqa hərəkət gözlənilmir:

"Fransa və Ermənistanın eyni cinayətkar tarixi var. Fransa da soyqırımlar və qırğınlar törədib, Ermənistan da. Ona görə də Fransa öz xristian cinayətkar qardaşını "məzlum", "qaçqın" kimi təqdim edir. Bununla dünya ictimaiyyətində Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa çalışır. Məhz ona görə də filmdə "müsəlman Azərbaycan və xristian Ermənistan" terminlərini qabardaraq xristianları həmrəyliyə səsləyirlər. Ermənistana dəstəyin vacibliyini təbliğ edirlər. Təbii ki, bu, Fransanın riyakarlığının, azərbaycanofob, türkofob və islamofob baxışlarının təzahürüdür".

Azər Badamov: Fransa öz xristian cinayətkar qardaşını "məzlum", "qaçqın" kimi təqdim edir

Deputat vurğulayıb ki, Azərbaycan və Türkiyə Fransa və Ermənistandan fərqli olaraq sülhün, əməkdaşlığın carçılarıdır:

"Soyqırımlara məruz qalsaq da, Fransanın, Ermənistanın yolu ilə getmirik. Çalışırıq ki, Fransanın əsarətində əzilən xalqlar da azadlığa qovuşsun. Ermənistan bizə qarşı çoxsaylı hərbi cinayətlər işlətsə də, köhnə səhifəni bağlamağı, münasibətlərə yeni səhifədən başlamağı təklif edirik. Çox təəsəsüf ki, Fransa Ermənistana icazəsiz addım atmağa belə imkan vermir".

Aydın Baxış


SON XƏBƏRLƏR