• Bakı 22° C

    4.42 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Fransanı fermer etirazları bürüdü

DÜNYA

21 Yanvar 2024 | 14:18 | Müəllif: Subhan Mahmudov

Fransanı fermer etirazları bürüdü

Fransız fermerlər ölkə boyu etiraz aksiyalarına çıxıblar.

Bakıvaxtı.az xəbər verir ki, Limoj şəhərində traktorçular prefektura binasının yaxınlığına zibil, peyin və təkər atıblar. Qurumun girişilə üzbəüz böyük bir tullantı dağı əmələ gəlib.

Fransanın cənubunda, Oksitaniya bölgəsində fermerlər kənd təsərrüfatı texnikası ilə magistral yolları bağlayıblar. Nəticədə Tuluza ətrafındakı bütün əsas marşrutlar qapanıb. Yollarda tonqallar yandırılır, traktorlardan ibarət cərgələr düzülür.

Fermerlər bunun başlanğıc olduğunu və etirazların daha da güclənəcəyini vəd edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026