Xəbər verdiyimiz kimi, sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər.
Bakıvaxtı.az-ın məlumatına görə jurnalist Fulya Öztürkü Naxçıvanda görən Ərdoğan təəccübünü gizlətməyib.
Türkiyə liderinin "Fulya, haradan gəlmisən bura?" sualına Azərbaycan Prezidenti İlham Əliyev "Fulya bizim qızdır" cavabını verib.