• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gələn il üçün yaşayış minimumu müəyyənləşdiriləcək

CƏMİYYƏT

02 Fevral 2023 | 14:42

Gələn il üçün yaşayış minimumu müəyyənləşdiriləcək

Gələn il üçün yaşayış minimumunun ilkin proqnozu müəyyənləşdiriləcək.

Bakıvaxtı.az  xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb .

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi 2023-cü il üçün dəqiqləşdirilmiş, 2024-cü il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2024-cü il üçün ilkin proqnozlarını 2023-cü il martın 1-dək, dəqiqləşdirilmiş variantını 2023-cü il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR