• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Gimnastlarımız Latviyada yeddi medal qazandılar

İDMAN

05 Mart 2023 | 10:06 | Müəllif: Subhan Mahmudov

Gimnastlarımız Latviyada yeddi medal qazandılar

Latviyanın paytaxtı Riqada qadın idman gimnastikası üzrə keçirilən "Little Tigers Cup" adlı beynəlxalq turnirdə yeniyetmə gimnastlarımız 1 qızıl, 4 gümüş, 3 bürünc medal əldə ediblər.

Bakıvaxtı.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, komandamızın üzvü Xədicə Abbaszadə dayaqlı tullanmada qızıl, çoxnövçülük, sərbəst hərəkətlər və gimnastika tirində gümüş medal qazanıb. Leyla Məmmədzadə dayaqlı tullanmada gümüş, gimnastika tirində bürünc medala sahib olub. Albina Aliyeva çoxnövçülük və sərbəst hərəkətlərdə bürünc medala yiyələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR