• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gömrükçülər narkotik vasitələr aşkar etdi - FOTOLAR

HADİSƏ

22 Noyabr 2021 | 15:52

Gömrükçülər narkotik vasitələr aşkar etdi - FOTOLAR

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələrin Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirilməsi cəhdinin qarşısını alıblar.

Bakıvaxtı.az xəbər verir ki, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Dubay - Bakı aviareysi ilə gələn, Azərbaycan Respublikası vətəndaşı "Yaşıl Kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarəti zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı Kanal" buraxılış sisteminə yönləndirilib.

Vətəndaşa məxsus yüklər monitordan keçdikdən sonra, təkrar baxış üçün yoxlama otağına dəvət edilib.

Yoxlama zamanı vətəndaşa məxsus  çamadanın içərisindəki balıq yağları dənəciklərinin arasından, kiçik plastik qabdan və siqaret qutusundan gömrük nəzarətindən gizlədilən, ümumilikdə 0,07 qram narkotik vasitə - qurudulmuş marixuana, 0.262 qram narkotik vasitə - kokain, 0.0001 qram psixotrop maddə - lizerqid (LSD), 0,3 qram narkotik vasitə - həşiş qətranı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Gömrükçülər narkotik vasitələr aşkar etdi - FOTOLARGömrükçülər narkotik vasitələr aşkar etdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR