• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Göyçayda 64 yaşlı kişi 21 yaşlı qızı bıçaqladı

HADİSƏ

07 Aprel 2023 | 10:33

Göyçayda 64 yaşlı kişi 21 yaşlı qızı bıçaqladı

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, 1959-cu il təvəllüdlü Elbrus Əliyev 21 yaşlı Cəlalə İsmayılovanın üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Hadisənin şəhər ərazisindəki parkların birində mübahisə zəminində baş verdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, dünən Göyçay şəhər sakini Cəlalə İsmayılovanın bıçaq xəsarətləri alması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub. Keçirilən tədbir zamanı ona rayon sakini Elbrus Əliyev tərəfindən bıçaqla xəsarət yetirildiyi müəyyən edilib. Hər iki şəxsin izahatları alınıb və müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026