• Bakı 27° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Günəşdə güclü alışma baş verib

CƏMİYYƏT

10 Yanvar 2023 | 15:35

Günəşdə güclü alışma baş verib

Hazırda Günəşin görünən səthində mürəkkəb maqnit strukturuna malik 6 fəal törəmə - ləkə qrupu müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib.

Verilən məlumata görə, müşahidə edilən Günəş ləkələrindən 3184 nömrəli törəmə Günəş fəallığının 25-ci tsiklinin başlanğıcından indiyədək müşahidə olunan ikinci ən güclü alışmaya səbəb olub. X1.98 sinfindən olan bu alışmanın maksimum gücü Bakı vaxtı ilə 9 yanvar saat 22.50-də qeydə alınıb. 3181 və 3182 nömrəli digər iki ləkə qrupu isə nisbətən zəif M sinfindən olan alışma yaratma potensialına malikdir.

Koronoqraf təsvirlərində tac kütlə atılmalarının müşahidə olunmamasına, fəal oblastlarda dissipasiya prosesinin getməsinə baxmayaraq, Yerdə maqnit qasırğası təhlükəsini proqnozlaşdırmaq hazırda çətindir. Bu istiqamətdə müvafiq ölçmələr davam etdirilir, fəal proseslərin geoeffektivliyi izlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026