• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hakan Fidan Aİ-ni tənqid etdi

DÜNYA

02 Noyabr 2023 | 21:29

Hakan Fidan Aİ-ni tənqid etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının İsrail və Fələstin münaqişəsinin həllində yürütdüyü ikili standartlar siyasətini tənqid edib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Qeyd olunub ki, diplomat bu fikrini Berlində Almaniya Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçirilən “Aİ-nin genişlənməsi və islahatları” mövzusunda qapalı iclasında bildirib.

“Əgər Aİ həqiqətən də qlobal oyunçu olmaq istəyirsə, təşkilatın genişlənməsinə strateji məsələ kimi yanaşmalıdır. Aİ ölkələrində Fələstinə dəstək aksiyalarının qarşısının alınması ikili standartlar siyasətinin təzahürüdür”, - deyə nazir əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026