• Bakı 9° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Harri Keyn yeni rekorda imza atdı

İDMAN

20 Avqust 2022 | 21:59 | Müəllif: Subhan Mahmudov

Harri Keyn yeni rekorda imza atdı

"Tottenhem"in futbolçusu Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb. 

Bakıvaxtı.az xəbər verir ki, o, buna 3-cü turda "Vulverhempton"la görüşdə fərqlənməklə nail olub. Bu, 29 yaşlı hücumçunun "Tottenhem"in heyətində yerli çempionatda vurduğu 185-ci qol olub. Nəticədə Keyn bir komandanın tərkibində Premyer Liqada belə göstəriciyə çatan ilk futblçu adını qazanıb. O, "Mançester Siti"nin keçmiş forvardı Serxio Aqueronun rekordunu (184 qol) qırıb. 

Qeyd edək ki, Keyn 2009-cu ildən "Tottenhem"də oynayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR