• Bakı 27° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Həmin yerə onun adı veriləcək

CƏMİYYƏT

29 Dekabr 2024 | 20:07

Həmin yerə onun adı veriləcək

Ukraynanın Kropivnitskidəki Dövlət Uçuş Akademiyasının sinif otaqlarından birinə Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninovun adı veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Husyev Yuriy "X" hesabında məlumat verib.

"Bu mükafat onun fədakarlığını şərəfləndirir və gələcək aviasiya işçilərini ilhamlandırır. Onun mirası yaşayacaq" , - səfir bildirib.

Qeyd edək ki, Aleksandr Kalyaninov həmin akademiyanın məzunu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026