Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin “N” hərbi hissəsində könüllü qanvermə aksiyası təşkil olunub.
Bakıvaxtı.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, aksiyada əsas məqsəd talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının toplanılması olub.
Qanvermə aksiyasında Qan Bankının xüsusi tibbi briqadası iştirak edib. Həkimlər donorları müayinə etdikdən sonra onlardan qan götürülüb.
Bildirilib ki, yığılan qan ehtiyatı yoxlanılıb qeydiyyata alındıqdan sonra istifadə ediləcək.
















