• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Həsən Ruhanindən koronavirusun dördüncü dalğası xəbərdarlığı

DÜNYA

13 Mart 2021 | 16:35

Həsən Ruhanindən koronavirusun dördüncü dalğası xəbərdarlığı

İran Prezidenti Həsən Ruhani bu gün qatıldığı Milli Mübarizə Şurasının iclasında gündəmə dair açıqlamalar verib.

Bakıvaxtı.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, o, koronavirusun dördüncü dalğası ilə bağlı yaranan təhlükənin aradan qalxmadığını vurğulayıb.

“Bu günə qədər protokollar diqqətlə yerinə yetirilib. Ölkədəki 4-cü dalğaya girməmişik; lakin hər an bununla qarşılaşa bilərik. Xüsusilə Novruz bayramı zamanı çox diqqətli olmalıyıq”, - deyə o qeyd edib.

Ruhani ölkə daxilində vaksinasiya prosesinin sürətlənəcəyini bildirib.

O, 17 dekabr 2020-ci ildə İranın koronavirusun yayılmasının üçüncü dalğasını aşdığını elan etmişdi.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026