• Bakı 11° C

    1.65 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Hikmət Hacıyev: “Azərbaycan polisi erməniəsilli sakinlərə su paylayır”

CƏMİYYƏT

26 Sentyabr 2023 | 14:43

Hikmət Hacıyev: “Azərbaycan polisi erməniəsilli sakinlərə su paylayır”

“Azərbaycan polisi Rusiya sülhməramlıları ilə birlikdə yolda olan erməni mülki şəxslərə su paylayır”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

"Azərbaycan polisi Rusiya sülhməramlıları ilə birlikdə yolda olan erməni mülki şəxslərə su paylayır və onlardan başqa nəsə lazım olub-olmadığını soruşur. Ünsiyyət rus, hətta Azərbaycan dilində aparılır", - o qeyd edib.

H.Hacıyev vurğulayıb ki, vaxtilə azərbaycanlılarla birgə yaşayan bir çox ermənilər Azərbaycan dilini xatırlayırlar.


SON XƏBƏRLƏR

20 Mart 2026